Ayaz boş qapıya "düşmədi", 1 xal aldı

Ayaz boş qapıya "düşmədi", 1 xal aldı

Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Rusiya U-21-nin üzvü, Azərbacan millisinə dəvət olunması gözlənilən Ayaz Quliyevin şərəfini qoruduğu "Rostov” da növbəti görüşdə sözünü deməyə çalışıb.

Rostov təmsilçisi "Dinamo”nu qəbul edib. Qol vəziyyətləri sarıdan kasad olan, baxımlı alınmayan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Ayaz start "11-lik”də meydana çıxıb və sonadək oynayıb. Azərbaycanlı yarımmüdafiəçi final fitinə yaxın iti bucaq altında boş qapıya "düşə bilməyib”.

 

Bu bərabərlikdən sonra "Rostov” 23 xalla 3-cüdü.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər