“Ayaks”ın qapıçısı 40 yaşında “tamam” dedi

“Ayaks”ın qapıçısı 40 yaşında “tamam” dedi

Niderland yığmasının sabiq üzvü, “Ayaks”ın qapıçısı Marten Stekelenburq bu mövsümün sonunda peşəkar karyerasını başa vuracaq.

Fanat.Az xəbər verir ki, bu barədə 40 yaşlı qolkiperin klubu məlumat yayıb.

Niderland çempionatının 33-cü turunun “Utrext”lə ev oyunu təcrübəli futbolçunun karyerasındakı sonuncu matç olacaq.

“Ayaks”ın yetirməsi olan Marten Stekelenburq İtaliyanın “Roma”, İngiltərənin “Fulhem”, “Sauthempton” və “Everton”, Fransanın “Monako” klubunun da uğurları üçün çalışıb. O, Niderland yığmasında da 63 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər