"Ayaks” iki futbolçusu ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, Niderland klubu Rayan Babel və Bruno Varela ilə əməkdaşlığa son qoyub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amsterdam təmsilçisi hər iki futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Ayaks” Niderland millisinin üzvü olan Babeli "Qalatasaray”dan, Varelanı isə Portuqaliya "Benfika”dan icarəyə götürmüşdü.
Fanat.Az