Avropanın kralı - Zlatan İbrahimoviç

Avropanın kralı - Zlatan İbrahimoviç

Zlatan İbrahimoviç Avropanın 5 böyük çempionatının (İspaniya, İngiltərə, Almaniya, İtaliya, Fransa) ən məhsuldar oyunçusudu. Fanat.az xəbər verir ki, PSJ-nin isveçli ulduzu cari mövsümdə orta hesaba hər 75 dəqiqədən bir rəqib qapılarına yol tapıb.

İbra cari mövsümdə Liqa 1-də 21 oyuna çıxıb və 23 qola imza atıb. Bu müddətdə 1733 dəqiqə oynayan futbolçu hər 75 dəqiqədən bir qola imza atıb. 

İkinci pilləni Kərim Benzema tutur. "Real" forması ilə La Liqada 19 oyuna çıxan, 1435 dəqiqə oynayan və 19 qol vuran fransalı ulduz hər 76 dəqiqədən bir fərqlənib.

İlk "üçlüy"ü Robert Levandovski qapayır. "Bavariya"nın polşalı qolçusu Bundesliqada oynadığı 21 oyunda 1762 dəqiqə meydanda olub və 22 qola imza atıb. Bu isə onun hər 80 dəqiqədən bir qol vurması deməkdi.

Siyahıdakı ən maraqlı isim Con Quydettidi. "Selta"nın isveçli futbolçusu 22 oyunda cəmi 6 qol vura bilib. Amma o, cəmi 552 dəqiqədə bu işi görüb. Ona görə hər 95 dəqiqədən bir fərqlənib.

№

Futbolçu (klub)

Oyun

Qol

Dəqiqə

1

Zlatan İbrahimoviç (PSJ)

21

23

75

2

Kərim Benzema (Real)

19

19

76

3

Robert Levandovski (Bavariya)

21

22

80

4

Luis Suares (Barselona)

24

25

86

5

Pyer-Emerik Aubameyanq (Borussiya D)

21

21

86

6

Qaret Beyl (Real)

15

13

89

7

Qonzalo Hiquayn (Napoli)

26

24

91

8

Con Quydetti (Selta )

22

6

95

9

İmanol Aqirretkse (Real Sosyedad)

15

12

97

10

Tomas Müller (Bavariya)

22

17

98

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər