Böyük Britaniyada Avropa Superliqasının oyunları qadağan ediləcək

Böyük Britaniyada Avropa Superliqasının oyunları qadağan ediləcək
Böyük Britaniyanın baş naziri Boris Conson ölkə daxilində Avropa Superliqası matçlarının keçirilməsinə qadağa qoyacaqlarını açıqlayıb. 
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic” yayıb.
Conson Avropa Superliqası layihəsini dayandıracaqlarını və bunun üçün bütün güclərini səfərbər edəcəklərini bildirib. 
O, ölkəsinin 6 klubunun sözügedən turnirdə iştirakının qarşısının alınması üçün qanun layihəsinin hazırlanacağını da qeyd edib.
 
Avropanın 12 klubu yeni Superliqanın yaradıldığını bəyan edib. Yeni turnirin ilkin mərhələsində İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Liverpul”, "Çelsi”, "Arsenal”, İspaniyanın "Barselona”, "Atletiko”, "Real”, İtaliyanın "Milan”, "İnter” və "Yuventus” klubları iştirak edəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər