Avropa Oyunları: Yaylagül Ramazanova çıxışını başa vurdu

Avropa Oyunları: Yaylagül Ramazanova çıxışını başa vurdu

Azərbaycanın kamandan oxatma üzrə təmsilçisi Yaylagül Ramazanova Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, o, 1/32 final görüşündə litvalı Paulina Ramanauskayte ilə üz-üzə gəlib.

Gərgin keçən görüşdə əsas vaxtı 5:5 hesablı heç-heçə ilə başa vuran azərbaycanlı idmançı "shoot of"da rəqibinə məğlub olub - 5:6.

Bununla da Yaylagül Ramazanova Avropa Oyunlarındakı çıxışını başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər