Avropa çempionumuzun qələbə təəssüratları

Avropa çempionumuzun qələbə təəssüratları

"Komanda yoldaşlarımın himnimizi oxuduğunu görmək çox gözəl idi. Ölkəm üçün medal qazanmaq böyük şərəfdir".

Fanat.Az xəbər verir ki, bunu Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal əldə edən Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov (90 kq) Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

"Komandaya daha bir qızıl medal qazandırmaq məni çox sevindirdi. Final görüşündən əvvəl məşqçilərimlə taktiki gedişləri müzakirə etmişdim. Sevinirəm ki, sonda hər şey alındı" - deyə, Əhmədov bildirib.

Qeyd edək ki, Avropa çempionatının fərdi yarışlarını beşi qızıl olmaqla 9 medalla başa vuran Azərbaycan millisi komanda hesabında birinci yeri tutub

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər