Avropa çempionumuz əməliyyat olundu: "2-3 ay dincəlməliyəm"

Avropa çempionumuz əməliyyat olundu: "2-3 ay dincəlməliyəm"

Cüdo üzrə Azərbaycan millisinin üzvü, Avropa çempionu Orxan Səfərov Antalyada keçirilən "Böyük Dəbilqə" turnirindən sonra əməliyyat olunub.

Fanat.Az xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan 30 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında yazıb. O, ilin əvvəlindən zədələrdən əziyyət çəkdiyini bildirib. Səfərov məşqləri bərpa edəcəyi vaxtı da açıqlayıb: 

“İlin əvvəlindən gülünc zədələr məni təqib edir. Antalyadakı son yarışda olduğu kimi. Zədə səbəbindən medal uğrunda mübarizədən kənar qaldım. Həkimlərin göstərişi ilə dərhal əməliyyat olundum. İndi özümü yaxşı hiss edirəm, həkimlər deyir ki, 2-3 ay dincəlməliyəm. Daha tez sağalmağa çalışacağam”.

Qeyd edək ki, Orxan Səfərov “Böyük Dəbilqə” turniri zamanı zədələndiyi üçün 3-cü yer uğrunda qarşılaşmaya çıxa bilməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər