İngiltərə millisinin heyətində qadınlar arasında 2022-ci ildə Avropa çempionu olan qapıçısı Hanna Hempton milli komandadan qovulub.
Fanat.Az "The Guardian"a istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Sarina Viqman Hemptonun komandanın düşərgəsindəki əxlaqsız davranışlarına və intizam problemlərinə görə belə qərar qəbul edib.
Mənbənin məlumatına görə, Hempton öz həmcinsi olan sevgilisini komandanın düşərgəsinə gətirib, onunla eşq yaşayıb. Bundan əlavə o, bildirilən iradlara məhəl qoymayaraq komanda rəhbərliyini məşqlərə gəlməyəcəyi ilə hədələyib.
Ötən yay İngiltərənin qadınlardan ibarət komandası ilk dəfə Avropa çempionu olub. İngilislər finalda Almaniya millisini 2:1 hesabı ilə məğlub edib.