Avropa çempionatları tarixində Lukaku kimisi olmamışdı

Avropa çempionatları tarixində Lukaku kimisi olmamışdı

Belçika millisinin hücumçusu Romelu Lukaku  Avropa çempionatlarının tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, hazırda davam edən qitə birinciliyinin qrup mərhələsinin 1-ci turu çərçivəsində keçirilən matçda - Slovakiya ilə görüşdə 2 qolu qeydə alınmayan forvard indiyədək heç bir futbolçunun AÇ-lərdə üzləşmədiyi aqibətlə üzləşib.

Birinci epizodda videotəkrar vasitəsi ilə Lukakunun özünün, ikinci qolda isə ona ötürmə verən Lois Opendanın ofsaydda olduğu müəyyənləşib.

Xatırladaq ki, oyun Slovakiyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər