Avroliqanın oyununda dəhşət anları - FOTOLAR

Avroliqanın oyununda dəhşət anları - FOTOLAR
Avropa Liqasının "Alkmaar" - "Dandlak" oyununda dəhşətli anlar yaşanıb. Fanat.Az xəbər verir ki, D qrupunun 1:1 hesabı ilə başa çatan oyununda meydan sahiblərinin üzvü Stin Vuytens ölümdən dönüb.
Qarşılaşmanın 60-cı dəqiqəsində "Alkmaar"ı hesabda önə keçirən qola imza atan belçikalı futbolçu zərbə zamanı rəqib qapıçı ilə toqquşub. Aldığı zərbənin təsirindən huşunu itirən Vuytens yerdə qalıb. Onu bu vəziyyətdə görən futbolçular və tamaşaçılar şoka düşüb.
"Alkmaar"ın futbolçusu Alireza Cahanbaxş ehtiyat oyunçular skamyasının önündə diz üstə çökərək ağlamağa başlayıb. Komandanın baş məşqçisi Con van den Brom və digər futbolçular Vuytensi ayıltmağa çalışan həkimləri izləyərkən göz yaşlarına hakim ola bilməyib. Həkimlərin müdaxiləsindən sonra özünə gələn 26 yaşlı futbolçu meydanı tərk edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər