Avroliqa tarixinin ikinci ən yaşlı het-trik müəllifi

Avroliqa tarixinin ikinci ən yaşlı het-trik müəllifi

Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin “Nant”la cavab oyunu “Yuventus”un yarımmüdafiəçisi Anxel di Mariya üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, komandasının Fransa təmsilçisi üzərində 3:0 hesablı səfər qələbəsinə sevindiyi oyunda bütün qolları argentinalı vinger rəqib qapısından keçirib.

Bununla da “qoca sinyora”nın oyunçusu sözügedən turnirdə “Milan”ın formasını geyinən Zlatan İbrahimoviçdən sonra het-trikə imza atan ən yaşlı futbolçu kimi tarixə düşüb.  Di Mariya buna 35 yaş 9 günlüyündə nail olub. İbrahimoviç isə eyni uğura 35 yaş 136 günlüyündə imza atmışdı.

Di Mariya bu mövsümün əvvəlindən formasını geyindiyi “Yuventus”da 21 oyuna çıxıb və 7 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər