AVRO-2020: Yarımfinal cütləri bəlli oldu

AVRO-2020: Yarımfinal cütləri bəlli oldu
AVRO-2020-də yarımfinal mərhələsinin cütləri müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, İtaliya və İspaniyanın ardından bu gün İngiltərə və Danimarka yığmaları da 1/2 finala yüksəlib.
 
Yarımfinalda İtaliya İspaniyaya, Danimarka isə İngiltərəyə rəqib olub. 
 
Yarımfinala iyulun 6-da start veriləcək. İlk oyun günündə İtaliya - İspaniya matçı baş tutacaq. Bir gün sonra isə İngiltərə - Danimarka oyunu keçiriləcək. Hər iki duel Londondakı "Uembli” stadionunda reallaşacaq.
 
Qeyd edək ki, final matçı da 11 iyul tarixində "Uembli"də keçiriləcək. 
 
AVRO-2020
Yarımfinal
 
6 iyul
 
23:00. İtaliya - İspaniya
London. "Uembli” stadionu.
 
7 iyul
 
23:00. İngiltərə - Danimarka
London. "Uembli” stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər