AVRO-2020: Çempionun qazanacağı məbləğ açıqlandı

AVRO-2020: Çempionun qazanacağı məbləğ açıqlandı
AÇ-2020-nin mükafat fondu bəllidir. 
Fanat.Az xəbər verir ki, UEFA turnirdə iştirak edən 24 komanda üçün ümumilikdə 371 milyon avro ayırıb. AÇ-2016-da isə bu məbləğ 304 milyon avro idi.
 
AÇ-2020-də iştirak edən hər bir milli komanda 9,25 milyon avro qazanacaq. Qrup mərhələsində qələbə qazananlar 1,5 milyon, heç-heçə edənlər isə 750 min avro əldə edəcəklər. Qrupdan çıxan komandalara 2 milyon avro veriləcək.
 
Bundan sonra 1/4 finala yüksələnlər 3 milyon 250 min avro, yarımfinalçılar isə 5 milyon avro qazanacaqlar. AÇ-2020-nin gümüş mükafatçısına 7 milyon avro ödəniləcək. Turnirin qalibini isə 10 milyon avro məbləğində mükafat gözləyir.
 
AÇ-2016-nın çempionu Portuqaliya yığmasına 8 milyon avro verilmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər