Atçılıq Federasiyası ilə yekun vurdu - FOTOLAR

Atçılıq Federasiyası ilə yekun vurdu - FOTOLAR
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq mərkəzində mövsümün yekunlarına həsr olunmuş tədbir keçirilib.
 
Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumatda bildirilir ki, əvvəlcə qonaqlara 2017-ci ilin yarışlarını əks etdirən video çarx göstərilib.
 
 Daha sonra Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev ili yüksək nailiyyətlərlə başa vuran idmançılara, məşqçilərə, hakimlərə və digər mütəxəssislərə fəxri diplomlar habelə mukafatlar təqdim edib. Mükafatlandərma mərasimində çıxış edən Federasiya prezidenti Azərbaycan atçılığının intibah dövrü yaşadığını, Respublikada yeni idman qurğularının tikildiyini və bu idman növünün inkişaf etdiyini xüsusi vurğulayıb. Elçin Quliyev bütün nailiyyətləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu idman növünə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib. 
 
Ardınca tədbirdə atçılığın Cıdır və Konkur növləri üzrə müxtəlif turnirlərin, xüsusən də Beynəlxalq yarışların müvəfəqiyyətlə təşkil olunduğu xatırlanıb. Çövkən oyunu üzrə Prezident Kuboku turnirinin uğurla keçirildiyi və bu idman növünün kütləvi xarakter aldığı bildirilib. Polo Üzrə Azərbaycanda keçirilən Beynəlxalq turnirin də əhəmiyyəti qeyd olunub. 
 
İlin yekunlarına həsr olunan tədbir bədii proqramla başa çatıb.
Atçılıq Federasiyası ilə yekun vurdu - FOTOLAR Atçılıq Federasiyası ilə yekun vurdu - FOTOLAR Atçılıq Federasiyası ilə yekun vurdu - FOTOLAR Atçılıq Federasiyası ilə yekun vurdu - FOTOLAR
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər