Atasından şok sözlər: "Ona görə utanıram" - FOTO

Atasından şok sözlər: "Ona görə utanıram" - FOTO
Uels millisinin baş məşqçisi Rayan Giqqzin atası Danni Uilson indi dünyanın ən xoşbəxt adamlarından biri olmaq əvəzinə oğlundan utanır.
Fanat.Az xəbər verir ki, bunun səbəbi veteran futbolçunun illər əvvəl qardaşının arvadı ilə münasibətlərinin üzə çıxmasıdı.
2015-ci ildə qardaşı Rodri Giqqzin həyat yoldaşı Nataşa ilə münastbətləri üzə çıxan Rayan ailəsi tərəfindən rədd edilmişdi. İndi bütün ailə üzvləri ona nifrət edir.
Atasından şok sözlər: "Ona görə utanıram" - FOTO
Danni Uilson oğlunun ölkənin milli komandana başçılıq etdiyi üçün normal şərtlərdə xoşbəxt olmalı olduğunu, amma utanc hissi keçirliyi bildirib. Rayanın bu vəzifəni tutmaq üçün həm texniki, həm də əxlaqi cəhətdən yetərsiz olduğunu deyən Uilson oğlunun indiyədək nə ondan, nə də qardaşından üzr istəmədiyini bildirib:
Atasından şok sözlər: "Ona görə utanıram" - FOTO
"Onun adını çəkmək istəmirəm. Ona keçmiş futbolçu kimi xitab edəcəm. Bir böyük qardaş olaraq kiçik qardaşını qorumalı idi. Amma o qardaşını kürəyindən bıçaqladı. Ən pis şəkildə qardaşını aldatdı. Üzr belə istəməyərək nə qədər zəif xarakterli olduğunu göstərdi. Əslində onun indiyədək qazandığı uğurlara görə dünyanın ən xoşbəxt atası olmalıyam. Amma qardaşına etdiklərinə görə utanıram. Onu hər dəfə televiziyada görəndə kanalı dəyişirəm. Bütün ailəmiz belə edir". 
Atasından şok sözlər: "Ona görə utanıram" - FOTO Atasından şok sözlər: "Ona görə utanıram" - FOTO
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər