Qadınlar arasında Avropa çempionatının 1/4 finalında Danimarkanın Almaniyanı 2:1 hesabı ilə yendiyi matçda danimarkalalıran ilk qolunu vuran Nadia Nadim gündəmə gəlib. Fanat.Az xəbər verir ki, əfqan qızın həyat hekayəsi hər kəsin diqqətini çəkib.
Nadianın atası Əfqanıstanda Taliban rejimi tərəfindən edam olunub. Qadınların işləmək və təhsil almaq hüququ olmayan vətənindən saxta pasportla qaçan Nadim ailəsi öncə Pakistana keçib, ordan İtaliyaya gəlib və daha sonra İşltərəyə üz tutub. Bir müddət bu ölkədə qohumlarının yananda yaşayan Nadia Danimarkada bir qaçqın düşərgəsinə yerlişdirilib.
Əfqanıstanda yaşadığı müddətdə futbolu çox sevən Nadia Danimarkadakı düşərgənin yaxınlığındankı bir futbol klubunda məşqlərə başlayıb. Peşəkar şəkildə futbol oynamağa başladıqdan sonra vətəndaşlıq alıb və milli komnadaya çağırılıb.
Aarhus Universitetinin tibb fakültəsində təhsilini davam etdirən Nadia ABŞ-ın "Portland Thorns" klubunda forma geyinir. O, əvvəllər Danimarkanın "B52 Aalborq", "Team Viborq", "Skovbakken", "Fortuna" və ABŞ-ın "Sky Blue" klublarında oynayıb. 2009-cu ildən çağırıldığı milli komandada 71 oyuna çıxaraq 20 qol vurub.
Qeyd edək ki, Nadianın atası Rabani Nadim Əfqanıstan ordusunun generalı olub və rejim tərəfindən edam edilib. Nadia ailənin 5 qız övladından biridi.
Fanat.Az