Artyom Kravets: "Ümid edirəm ki, boş yerə qurban vermirik"

Artyom Kravets: "Ümid edirəm ki, boş yerə qurban vermirik"

Ukrayna yığmasının sabiq hücumçusu Artyom Kravets Rusiyanın ölkəsinə hərbi müdaxiləsi ilə bağlı fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, "Sport.UA" saytı 32 yaşlı futbolçunun dediklərini belə çatdırır:

“Qələbə qazanacağımıza heç bir şübhəm yoxdur. Ölkəmiz, xalqımız, Ukrayna silahlı qüvvələri ilə bağlı deyəcək sözüm yoxdur. Hər gün onların qarşısında başımı əyib, bacardığım qədər kömək edirəm. Ümid edirəm ki, boş yerə qurban vermirik. Biz öz ərazi bütövlüyümüzü və müstəqilliyimizi bərpa edəcəyik."

Qeyd edək ki, hazırda Kravets Türkiyənin "Konyaspor" klubunda çıxış edir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər