Artetaya möhlət verildi

Artetaya möhlət verildi

"Arsenal"ın baş məşqçisi Mikel Artetaya klubdakı vəziyyəti düzəltmək üçün oktyabr ayına qədər vaxt verilib.

Fanat.Az xəbər verir ki, bu barədə İngiltərənin "The Telegraph" nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, mütəxəssisin oktyabrda olacaq beynəlxalq fasiləyə qədər vaxtı var. Bu vaxta qədər "Arsenal" klubu "Mançester Siti", "Norviç Siti", "Börnli", "Tottenhem" və "Brayton"la 5 liqa oyunu keçirəcək.

Xatırladaq ki, İngiltərə çempionatının yeni mövsümünə "Arsenal" iki məğlubiyyətlə başlayıb. İlk turda "Brentford"a uduzan komanda (0:2), daha sonra "Çelsi" yə məğlub olub - 0:2.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər