Artetanın zəfər şərhi: "Sonuncu belə uğurumuzdan 14 il keçib"

Artetanın zəfər şərhi: "Sonuncu belə uğurumuzdan 14 il keçib"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlməsini şərh edib.

Fanat.Az xəbər verir ki, BBC ispan mütəxəssisin dediklərini belə çatdırıb:

"Mən çox xoşbəxtəm. Sonuncu dəfə 1/4 finala çıxmağımızdan 14 il keçib. Bu, "Arsenal" kimi bir klub üçün çox uzun müddətdir. Deməli, ÇL-də 1/4 finala adlamaq belə çətindir. Mən komandamla çox qürur duyuram”.

Qeyd edək ki, London klubu turnirin 1/8 final mərhələsi çərçivəsində səfərdə məğlub olduğu (0:1) "Portu"ya evdə minimal hesabla (1:0) qalib gəlib. Sonda "Arsenal" penaltilər seriyasında (4:2) sevinən tərəf olub.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər