"Arsenal"ın baş məşqçisi Mikel Arteta adı Premyer Liqa matçlarının iştirak ərizəsinə salınmayan türk yarımmüdafiəçidən - Məsut Özildən danışıb.
Fanat.Az "Арtеtу Goal" istinadən xəbər verir ki, mütəxəssis belə deyib: "Deyə biləcəyim tək şey bu qərarın tamamilə futbol üçün olmasıdı. Vicdanım təmizdi, çünki həmişə ona qarşı ədalətli olmuşam. Onunla ünsiyyətim həmişə yaxşı idi və qarşılıqlı gözləntilərimizin fərqində idik. Məsuta yetəri qədər şans verdim. Üç oyunçunu heyətə daxil etmədiyim üçün üzgünəm. Heç kim bundan razı qalmayacaq, amma qərarımın arxasındayam. Bu kluba gəldiyim gündən bəri Məsuta qarşı yaxşı münasibət göstərmişəm".
Arteta qərarının Özilin koronavirus səbəbindən illik maaşında 12,5 faiz endirim tələbinin rədd etməsi ilə əlaqəli olub-olmadığı ilə bağlı suala isə belə cavab verib: "Oyunçularımdan maksimum yararlanmaq məcburiyyətindəyəm. Qərarımın hər hansı bir davranışla və ya maaş kəsilməsi məsələsi ilə əlaqəsi yoxdur. Bu qərarı mən vermişəm. Komandam üçün ən yaxşı Məsutu istəyirdim. Bəzi anlarda buna çox yaxınlaşdı, amma edə bilmədiyi üçün bu qərarı verməli idim".
Qeyd edək ki, Özilin adı Avroliqanın da iştirak ərizəsinə salınmayıb.
Fanat.Az