Aronyan Rəcəbova məğlub olması haqda: "Növbəti dəfə qalib gələcəyik"

Aronyan Rəcəbova məğlub olması haqda: "Növbəti dəfə qalib gələcəyik"
Erməni şahmatçı Levon Aronyan "Airthings Masters” onlayn turnirində ikinci yeri tutmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, bu barədə öz "Facebook” səhifəsində paylaşım edib:
"Yaxşı bir yarış oldu, "Ponchik” (öz itinə xitab edir – red.). Növbəti dəfə qalib gələcəyik, söz verirəm. Dəstəyiniz üçün təşəkkür edirəm”, deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, finalın iki turunda da erməni qrossmeyster azərbaycanlı Teymur Rəcəbova məğlub olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər