Almaniya Bundesliqasında 2016/17 mövsümünün qalibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Bavariya" ardıcıl 5-ci dəfə qızıl medallara sahib çıxıb.
Münhen klubu sona 3tur qalmış "Volfsburq"un qonağı olub. Oyun "Bavariya"nın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, ardıcıl 5-ci dəfə çempion olan "Bavariya" ümumilikdə 27-ci dəfə qızıl medallarını qazanıb.
Fanat.Az