Araz sabiq klubuna uduzdu

Araz sabiq klubuna uduzdu

Araz Abdullayevin çıxış etdiyi "Etnikos" Kipr çempionatında növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Axnas klubu "Anortosis"in qonağı olduğu görüşdə minimal hesabla uduzub - 1:2.

Millimizin sabiq üzvü keçmiş komandasına qarşı oyunda start heyətində yer alıb və matçı əvəzolunmadan keçirib. 

Qeyd edək ki, 3 turdan sonra xal qazana bilməyən "Etnikos" hazırda turnir cədvəlində 11-ci yerdə qərarlaşıb. 

Mirağa

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər