Cənubi Kipr çempionatında XII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin formasını geydiyi "Anortosis” səfərdə "Ermis”in qonağı olub.
Meydana start heyətində çıxan Araz 63-cü dəqiqədə əvəzlənib. Görüş həmyerlimizin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 12 turdan sonra 26 xalı olan "Anortosis” AEK Larnaka ilə birgə 1-2-ci yerləri bölüşür.
Fanat.Az