"Araz-Naxçıvan"ın oyunlarına təyinatlar açıqlandı

"Araz-Naxçıvan"ın oyunlarına təyinatlar açıqlandı

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda yer alan “Araz-Naxçıvan”ın oyunlarının başlama saatı açıqlanıb. 

Fanat.Az xəbər verir ki, təmsilçimiz ilk 2 oyununu 19:30-da, son matçını isə 22:00-da keçirəcək.

Artıq ilk iki oyunu idarə edəcək hakimlər də müəyyənləşib.

Bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.

UEFA Çempionlar Liqası 5-ci qrup

Araz-Naxçıvan – Orebro (İsveç) Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukas Peska (Slovakiya), Jan Kresta (Çexiya). Timekeeper: Farik Keco (Bosniya və Herseqovina). Hakim-inspektor: Boqdan Soresku (Rumıniya). UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya). 26 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30.

Loznika Qrad (Serbiya) - Araz-Naxçıvan Hakimlər: Jan Kresta (Çexiya), David Abtequya Urdanoz (İspaniya), Viktor Chaix (Fransa). Timekeeper: Farik Keco (Bosniya və Herseqovina). Hakim-inspektor: Boqdan Soresku (Rumıniya). UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya). 27 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30.

Mostar (Bosniya və Herseqovina) – Araz-Naxçıvan 29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 22:00

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər