Araz Abdullayev "Anortosis"də ilk qolunu vurdu - VİDEO

Araz Abdullayev "Anortosis"də ilk qolunu vurdu - VİDEO

"Qəbələ"nin və yığmamızın futbolçusu Araz Abdullayevin icarə əsasında Cənubi Kiprin "Anortosis" klubuna keçidi rəsmiləşib.

 25 yaşlı yarımmüdafiəçi Famaqusta təmsilçisində 1 il top qovacaq.

Fanat.Az xəbər verir ki, artıq futbolçumuz "Anortosis"in heyətində fərqlənməyə də imkan tapıb.

Belə ki, Araz “Anortosis” - “Aris” yoxlama matçının 63-cü dəqiqəsində meydana daxil olub və 83-cü dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. Oyun həmin hesabla da başa çatıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər