Futbol üzrə Kipr çempionatında II turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, həmyerlimiz Araz Abdullayevin formasını geyindiyi "Anortosis" də növbəti matçına çıxıb. Abdullayevin komandası səfərdə "Alki Oroklinis"in qonağı olub. "Anortosis" bu görüşdə minimalhesablı qələbə qazanıb - 1:0.
86-cı dəqiqədə meydana çıxan yığmamızın üzvü bundan cəmi 1 dəqiqə sonra komandasının qələbə qoluna sevinib.
Fanat.Az