"Mançester Siti" "Barselona"nın müdafiəçisi Ronald Arauxo ilə müqavilə bağlamağa yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə “Super Deporte” məlumat yayıb.
Mənbənin məlumatına görə, 23 yaşlı uruqvaylı futbolçu 2023-cü ildə başa çatacaq müqavilənin uzadılması ilə bağlı “Barselona” ilə razılığa gələ bilməyib. Arauxo ilə daha üç ingilis klubu müqavilə imzalamaq arzusundadır. Söhbət “Arsenal”, “Mançester Yunayted” və “Çelsi”dən gedir.
Arauxo 2018-ci ildə "Barselona"ya keçib. Bu mövsüm futbolçu 33 oyun keçirib və 4 qol vurub.
Emin