"DÇ-2018"in seçmə mərhələsi çərçivəsində baş tutan Albaniya - Makedoniya oyunu təxirə salınıb. Fanat.Az xəbər verir ki, buna səbəb güclü yağış olub.
“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin meydan sahiblərini kapitan kimi meydana çıxartdığı görüş 78-ci dəqiqədə hava şəraitinin əlverişsizliyi səbəbindən türk hakim Hüseyn Göçek tərəfindən yarımçıq dayandırılıb.
İlkin məlumatlara görə, matç qaldığı dəqiqədən etibarən davam etdiriləcək.
Fanat.Az