Anton Cənubi Koreyada fərqləndi

Anton Cənubi Koreyada fərqləndi

Futbol üzrə Cənubi Koreya çempionatında 11-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qvanqyu” ilə qarşılaşıb və 1:2 hesabıyla məğlub olub. Anton da görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu da 15-ci dəqiqədə Krivotsyuk vurub. Bu, Antonun bu mövsüm Cənubi Koreya çempionatında il, ümumilikdə isə ikinci qoludur. 

“Daejeon” hazırda 10 xalla 11-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər