"Arsenal"ın və Fransa yığmasının sabiq hücumçusu Tyeri Anri Amerika millisinin yeni baş məşqçisi olmağa əsas namizəddir.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, Anri 2024-cü il Olimpiadasında mübarizə aparacaq Fransa gənclər komandasına rəhbərlik etdiyi üçün hazırda bu keçid real görünmür. Lakin yarış bitdikdən sonra münasibətlər rəsmiləşdirilə bilər.
Xatırladaq ki, Anri bundan əvvəl 2018-2019-cu illərdə “Monako”nun baş məşqçisi vəzifəsində çalışıb. Bu müddət ərzində onun rəhbərliyi altında Fransa təmsilçisi bütün turnirlərdə 20 oyun keçirib, 5 dəfə qalib gəlib, 4 dəfə heç-heçə edib, 11 dəfə isə məğlub olub.
Mirağa