Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində futbol üzrə İspaniya Super Kubokunun final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici görüşdə "Real Madrid" və Bilbao "Atletik"i üz-üzə gəlib və matç "Kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın baş məşqçisi Karlo Ançelotti qələbəni belə şərh edib:
“Biz bu nəticəyə tam layiqik. Güclü komandaya qarşı yaxşı oyun keçirdik. Vəziyyətə tam nəzarət edirdik. Çox razıyam.
Biz irəli getməliyik. Komandaya baxıram və düşünürəm ki, bütün kuboklar üçün mübarizə aparacağıq. Bizdə yaxşı atmosfer və kifayət qədər səviyyə var. Bugünkü “Real Madrid” bundan da yaxşı oynaya bilər.
Qalib gəlməkdən yorulmuram. Münhendə işlədiyim vaxtdan heç nə qazanmamışam. Bu komanda ilə işləmək üçün darıxmışdım. Ətrafımdakılar bayram edəndə, mən də sevinirəm."
Xatırladaq ki, oyunda qolları Luka Modriç (38) və Kərim Benzema (52 p.) vurub.
Emin