Ançelotti Vinisiusun zədəsi barədə nə dedi?

Ançelotti Vinisiusun zədəsi barədə nə dedi?

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın vingeri Vinisius Juniorun La Liqanın 3-cü turu çərçivəsində keçirilən matçda - "Selta" ilə görüşdə (1:0) aldığı zədədən danışıb.

Fanat.Az xəbər verir ki, AS italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:

"Onun əzələsində narahatlıq yaranmışdı. Özü oyunu davam etdirmək istəyirdi. Bu məqama görə ciddi bir şey olmadığını düşünürəm. Matça yaxşı başlamışdı. Meydandan alınandan sonra bizə çətin oldu. Məncə, "Xetafe" ilə oyunu buraxacaq".

Qeyd edək ki, La Liqanın ilk 3 turunda maksimum nəticə qazanan "Real" turnir cədvəlinin ilk pilləsində mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər