"Real"ın baş məşqçisi Karlo Ançelotti komandası haqda açıqlama verib. Fanat.az xəbər verir ki, Ançelotti açıqlamasında Ronaldo və Beyldən danışıb:
"Səviyyəli futbolçulardan nəticə görmək üçün onları rahat hiss etdirməlisiniz. Hazırda komandada hər şey qaydasındadı. Beyl mövzusunda da heç bir problem yoxdu. Adaptasiyada çətinlik yaşamadı. Ronaldo və Beylin birgə ən yaxşı oyunu göstərmələri üçün taktika düşünürük. Onlar bir arada oynaya bilər".
Fanat.az