Ançelotti Kanada millisini çalışdıra bilər - Özü açıqladı

Ançelotti Kanada millisini çalışdıra bilər - Özü açıqladı

Keçən həftəsonu "Real Madrid" ilə İspaniya çempionu olan və beləliklə, "böyük beşlik" liqalarının hamısında qalib gələn ilk məşqçi adını qazanan Karlo Ançelotti "Mançester Yunayted"lə ÇL oyunu öncəsi maraqlı açıqlama ilə diqqət çəkib.

Fanat.Az xəbər verir ki, 62 yaşlı italiyalı çalışdırıcı gələcək planlarından danışarkən millidə işləmək istədiyini deyib:

"Real Madrid"dəki bu dönəmdən sonra yəqin ki, təqaüdə çıxacam. Amma "Real" mənim burada on il qalmağımı istəsə, daha on il qalacam. Gələcəkdə milli komandada çalışmaq bir seçim ola bilər. Kanada? Niyə də yox? Mən bunu çox istərdim”.

Qeyd edək ki, Ançelotti karyerası ərzində heç vaxt milli komandaya rəhbərlik etməyib. O, "Recina", "Parma", "Yuventus", "Milan", "Çelsi", PSJ, "Bayern Münhen", "Napoli", "Everton" və "Real"ı çalışdırıb. Ançellottinin Madrid klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin iyununda başa çatır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər