Ançelotti bu ideyaya sərt reaksiya verdi: "Cəfəngiyatdır..."

Ançelotti bu ideyaya sərt reaksiya verdi: "Cəfəngiyatdır..."

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandaların soyunub-geyinmə otaqlarında kamera quraşdırılması ilə bağlı təklifə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, italyan mütəxəssis "Almeriya" ilə oyunqabağı təşkil olunan mətbuat konfransında bununla bağlı jurnalistlərin sualını sərt cavablandırıb:   “Soyunma otağındakı kameralar? Soyunub-geyinmə otağı mənim üçün müqəddəsdir. Matçlar zamanı paltardəyişmə otağında kamera olması ümumiyyətlə cəfəngiyatdır”.

Qeyd edək ki, "Real Madrid" İspaniya çempionatının ikinci turu şərçivəsində səfərdə "Almeriya" ilə qarşılaşacaq. Qarşılaşma şənbə günü, avqustun 19-da baş tutacaq. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər