Ançelotti Benzemanın əvəzləyicilərini müəyyənləşdirdi

Ançelotti Benzemanın əvəzləyicilərini müəyyənləşdirdi

"Real Madrid" rəhbərliyinin Kərim Benzemanın əvəzləyiciləri ilə bağlı qərarı bəllidir.

Fanat.Az AS qəzetinə istinadən xəbər verir ki, İspaniya nəhənginin idarəçiləri və məşqçilər heyəti Mariano Dias və Luka Yoviçin komandadakı çıxışından narazıdır. 

Baş məşqçi Karlo Ançelotti artıq mövcud durumu rəhbərliklə müzakirə edib. O, Diasla Yoviçin növbəti mövsüm komandanın gücünə güc qatacaqlarına və lazım olan anda Benzemanı layiqincə əvəzləyə biləcəklərinə inanmır. İtaliyalı müəxəssis müqavilə ilə "Real"a məxsus olan, son mövsümü icarə əsasında "Xetafe"də keçirən Borxa Mayoralın heyətə qaytarılmasını daha uyğun variant sayır. Ançelotti İspaniya nəhənginin ikinci komandasının 21 yaşlı hücumçusu Xuanmi Latasanın da əsas heyətə cəlb edilməsinin vaxtının çatdığını düşünür.

34 yaşlı Benzema 2009-cu ildən "Real"dadır. 2021/2022 mövsümündə ümumilikdə 46 matça çıxan Fransa millisinin Əlcəzair əsilli forvardı 44 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid təmsilçisi ilə olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər