Ançelotti Almaniyada qazandıqları qələbəni şərh etdi

Ançelotti Almaniyada qazandıqları qələbəni şərh etdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasının 1/8 final mərhələsində "Leypsiq"lə ilk oyunundakı çıxışını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "Madrid Xtra" Almaniyada 1:0 qalib gələn "Kral klubu"nun italiyalı çalışdırıcısının dediklərini belə çatdırıb:

“Biz xoşbəxtik, baxmayaraq ki, bu gün daha çox qol vura bilərdik. Düzdür, qapımızda qol da bilərdik. Ona görə də nəticə bizi qane edir. Zədəlilərə baxmayaraq, bütün futbolçuların əməyi sayəsində müdafiənin öhdəsindən gəlirik. Cinah oyunçuları, yarımmüdafiəçilər - hamı müdafiədə komandaya kömək edir". 

“Real Madrid”in “Leypsiq”lə cavab oyunu martın 6-da Madriddə keçiriləcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər