"Yuventus"un hücumçusu Qonsalo İquain ötən gün "Leççe" ilə oynanılan matçda uzun müddət sonra yaşıl meydanlara qayıtdı.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, argentinalı futbolçu oyundan sonra qayıdışı barədə danışıb:
"Çətin perioddan keçirdim. Sonra həyatımda dəyişiklik etmək qərarına gəldim. Beləliklə, mövsümü mümkün qədər yaxşı formada başa vurmalı olduğumu dərk etdim. Yaxşı ki, bu çağırışı qəbul etdim. Geri dönmək gözəldi. İndi yaxşı istirahət etməli və növbəti matçın hazırlıqlarına başlamalıyam.
Mənim üçün çətin günlər idi. Anam xərçəng xəstəliyindən əziyyət çəkir. Koronavirusun geniş yayıldığı dönəmdə ona görə narahat idim. Amma komanda həmişə yanımda oldu və onların sayəsində vəziyyətdən çıxa bildim".
Qeyd edək ki, İquain "Leççe" ilə görüşdə 77-ci dəqiqədə meydana daxil olub və 6 dəqiqə sonra rəqib qapısına yol tapıb.
Fanat.Az