Millimizin sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi "Milsami” Moldova çempionatında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda XIV turun oyunları çərçivəsində səfərdə "Şerif”lə qarşılaşıb.
Quluzadənin ehtiyatda qaldığı görüşdə "Milsami" 0:1 hesabı ilə məğlub olub
Qeyd edək ki, 14 turdan sonra 27 xalı olan "Milsami” 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.
Fanat.Az