AÇ: Məmmədzadə Məmmədovaya, Fətəliyeva Danielyana qarşı

AÇ: Məmmədzadə Məmmədovaya, Fətəliyeva Danielyana qarşı

Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında şahmat üzrə Avropa çempionatında bu gün beşinci turun görüşləri keçiriləcək.

Fanat.Az xəbər verir ki, tur çərçivəsində iki Azərbaycan dueli baş tutacaq. Günay Məmmədzadə Gülnar Məmmədova ilə, Xanım Balacayeva Səbinə İbrahimova ilə münasibətləri aydınlaşdıracaq.

Ülviyyə Fətəliyeva ermənistanlı Elina Danielyanı, Ləmən Hacıyeva polşalı Aleksandra Maltsevskayanı, Gövhər Beydullayeva ukraynalı Anastasiya Raxmanqulovanı sınağa çəkəcək.

Turun bütün görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Dörd turdan sonra 3,5 xal toplayan Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova eyni göstəriciyə malik digər şahmatçılarla birgə turnir cədvəlində ilk "səkkizlik"də yer alıblar. Ləman Hacıyeva 3,  Gövhər Beydullayeva 2,5,  Səbinə İbrahimova ilə Xanım Balacayeva 2 xal hasil edə bilib.

Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər