AÇ: Mariya Stadnik mübarizəyə başlayır

AÇ: Mariya Stadnik mübarizəyə başlayır

Bu gün Azərbaycanın üç qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən titullu idmançı Mariya Stadnik təsnifat mərhələsində Evin Demirhanla üz-üzə gələcək.

55 kq-da yer alan Elnurə Məmmədova Laura Stanelite (Litva) ilə görüşəcək.

59 kq-da yarışan Alyona Kolesnik 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu gün həmçinin dörd sərbəst güləşçimiz medal uğrunda mübarizə aparacaq. 92 kq-da Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə (Türkiyə) münasibətlərə aydınlıq gətirəcək. 74 kq-da Cəbrayıl Qadjiyev təsəlliverici qarşılaşmada Soner Demirtaşla, 86 kq-dakı Abubakr Abakarov Patrik Puespoeki (Macarıstan) - İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə üz-üzə gələcək. Nəhayət, 125 kq-dakı Georgi Meşvildişvili bürünc medal görüşündə Abraham Konyedonun (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər