"Altın qurd"un Ümumdünya Oyunlarında rəqibləri müəyyənləşdi

"Altın qurd"un Ümumdünya Oyunlarında rəqibləri müəyyənləşdi

Ümumdünya Oyunlarında Azərbaycanı təmsil edəcək kikboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadənin rəqibləri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, ötən ilin oktyabrında İtaliyada keçirilmiş dünya çempionatında 1/4 finala çıxmaqla bu mötəbər yarışa vəsiqə qazanmış “Altın Qurd” ləqəbli idmançının 7 potensial rəqibi var.

91 kq-dan yuxarı çəkidə Azərbaycanı təmsil edəcək 30 yaşlı kikboksçumuzun rəqibləri son dünya çempionu Əsədulla Nəsibov (Rusiya), dünya ikincisi Anto Siriç (Xorvatiya), dünya üçüncüləri –  Roman Şerbatyuk (Ukrayna) və Miroslav Vuyoviçdir (Monteneqro). Həmçinin, Ahmed Krnyiç (Bosniya və Herseqovina), Oskar İquera (Venesuela) və Pirkka Suksi (Finlandiya) də potensial rəqiblər arasındadır.

Kikboksinqin K-1 növü üzrə keçiriləcək yarış 10-15 iyul tarixlərində baş tutacaq. Kişilərdə 63,5 kq, 75 kq və +91 kq, qadınlarda 52 kq, 60 kq və 70 kq çəki dərəcələrində mübarizə gedəcək.

Qeyd edək ki, 11-ci dəfə keçiriləcək Ümumdünya Oyunları 7-17 iyul tarixlərində ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) keçiriləcək. Yarışda gimnastika (akrobatika, aerobika, bədii gimnastika, batut), kamandan oxatma, çimərlik həndbolu, bilyard, boulinq, kanoe, cu-citsu, karate, muay tay, pauerliftinq, sumo, uşu kimi 30 idman növü üzrə mübarizə gedəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər