Altı paralimpiyaçımız mübarizəyə başlayır

Altı paralimpiyaçımız mübarizəyə başlayır

2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın daha 6 atleti mübarizə aparacaq.

Qol.az-ın məlumatına görə, 100 metr məsafəyə arxası üstə üzmədə Dmitri Saley və Raman Saley çıxış edəcək.

50 metr məsafəyə atıcılıq yarışlarında Yelena Taranova mübarizə aparacaq.

Kişilərin 100 metr məsafəyə qaçışında Elmir Cəbrayılov hamıdan sürətli olmağa çalışacaq. Daha bir atlet Hüseyn Həsənov isə uzunluğa tullanma yarışlarında iştirak edəcək.

Elşən Hüseynov isə pauerliftinqdə medalçılar sırasına düşmək üçün mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 8 medal (1 qızıl, 5 gümüş və 2 bürünc) qazanıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər