Almeyda millidə nə vaxt debüt edəcək?- DƏQİQLƏŞDİ

Almeyda millidə nə vaxt debüt edəcək?- DƏQİQLƏŞDİ

Azərbaycan yığmasında oynayacağı dəqiqləşən Riçard Almeydanın debüt matçı bəllidi. Fanat.Az-a verilən məlumata görə, "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi iyunun 10-dayığmaformasıylameydandaolacaq.

Bu, millinin çalışdırıcısı Robert Prosineçkinin istəyidi. Xorvat DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yayın ilk ayında üz-üzə gələcəyimiz Şimali İrlandiyayla ev oyununda Almeydanın oynamasını vacib sayır. Artıq FİFA-dan AFFA-ya ürəkaçan cavab gəlib. Adətən bu tip prosesləri 3 aya yekunlaşdıran ali futbol qurumu Azərbaycan tərəfinə vaxtından əvvəl müjdə verib.

 

Qeyd edək ki, milliləşdirilmiş əcnəbilərin başqa ölkənin seçməsində oynamasına razılığı FİFA-nın Oyunçuların Statusu Komitəsi verir.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər