Almaniya millisi ilə dünya çempionu olmuş futbolçu Diter Hertsoq həyatla vidalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı yerli federasiyanın mətbuat xidməti yayıb.
Sabiq yarımmüdafiəçi 79 yaşında vəfat edib.
Qeyd edək ki, Diter Hertsoq Qərbi Almaniya millisində beş oyun keçirib və 1974-cü ildə dünya çempionatının qalibi olub.