Almaniyada mövsümün komandası açıqlandı

Almaniyada mövsümün komandası açıqlandı

Almaniya Bundesliqasında mövsümün komandası müəyyən olunub.

Fanat.Az xəbər verir ki, ESPN mövsümü yüksək səviyyədə keçirən futbolçulardan ibarət "11-liy"i açıqlayıb. 

Rəmzi komandada 6 klubun üzvü yer alıb: 

Qapıçı: Frederik Rennov ("Union Berlin") Müdafiəçilər: Ceremi Frimponq (“Bayer”), Villi Orban (“Leyptsiq”), Niko Şlotterbek, Rafael Gerreyro (hər ikisi “Borussiya Dortmund”). Yarımmüdafiəçilər: Mussa Diabi (“Bayer”), Cud Bellingem (“Borussiya Dortmund”), Yozua Kimmix, Serj Qnabri (hər ikisi “Bavariya Münhen”). Hücumçular: Kristofer Nkunku ("Leyptsiq"), Randal Kolo Muani ("Ayntraxt Frankfurt").

Qeyd edək ki, Bundesliqada çempion "Bayern Münhen" olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər