Almaniya nəhəngi Zidanı gətirir - Danışıqlar başladı

Almaniya nəhəngi Zidanı gətirir - Danışıqlar başladı

Keçirdiyi son üç matçda "Bayer" (0:3), "Latsio" (0:1) və "Bohum"a (2:3) uduzan "Bayern Münhen" Tomas Tuxeli istefaya göndərməyə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, Almaniya nəhənginin baş məşqçi postuna əsas namizədi Zinəddin Zidandır. 

İnformasiyanı "Corriere dello Sport" yayıb. 

Mənbənin məlumatına görə, münhenlilər hələ “Latsio” ilə oyundan əvvəl fransızla əlaqə saxlayıblar. Zidanın “Bayern”in təklifini qəbul edib-etmədiyi bəlli deyil.  Klubun digər variantları Joze Mourinyu və Antonio Kontedir. 

Xatırladaq ki, Zinəddin Zidan üç ilə yaxındır ki, məşqçisizdir – o, 2020/2021 mövsümünün sonunda “Real Madrid”i tərk edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər