Almaniya nəhəngi ulduzunun itkisi ilə barışdı - Danışıqlar dayandırıldı

Almaniya nəhəngi ulduzunun itkisi ilə barışdı - Danışıqlar dayandırıldı

"Bayern" Alfonso Deyvisin gedişi ilə barışıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Football Espana" məlumat yayıb.

Mənbənin məlumatına görə, Almaniya nəhəngi artıq müdafiəçini müqaviləni uzatmağa razı salmaq cəhdlərindən əl çəkib.

Son bir neçə ay ərzində Münhen klubu Deyvisin nümayəndələri ilə əlaqə saxlamağa cəhd etsə də, bu, uğurlu alınmayıb. Kanadalının istədiyi maaşı ildə 20 milyon avrodan 17 milyon avroya endirməyə hazır olduğunu bildirməsinə baxmayaraq, o vaxtdan bəri heç bir real razılaşma əldə olunmayıb.

Deyvisin 2025-ci ilin yayında azad agent kimi "Real Madrid"ə keçəcəyi gözlənilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər